12 
Fev
2021
18:21
151
45
1254
Virtual karabakh

“Gender Hub Azərbaycan” qadınlara qarşı zorakılığa son qoyulması üçün Hökumətə müraciət etdi

12 Fev, 2021
18:21
1254

“Gender Hub Azərbaycan” qadınlara qarşı zorakılığa son qoyulması üçün Hökumətə müraciət etdi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

2021-ci il başlayandan bəri ölkəmizdə 10 qadının öz yaxın qohumları və qonşuları tərəfindən qətlə yetirilməsi haqqında mediada xəbər dərc olunub. Bu cinayətlərdən ən ağırı isə 27 yanvar tarixində Binəqədi rayonunda yaşayan 32 yaşlı Məhərrəmova Banunun başına gəlib: o, öz qayınatası tərəfindən vəhşicəsinə qətlə yetirilərək zibil qutusuna tullanılıb.

Bu səbəbdən gender bərabərliyi fəalları və vətəndaş cəmiyyəti təmsilçilərini öz sıralarında birləşdirən “Gender Hub Azərbaycan” platforması Azərbaycan Hökumətinə qadın cinayətlərinin qarşısının alınması istiqamətində müvafiq  tədbirlərin görülməsinə çağırış edən petisiya ünvanlayıb. Bu günə artıq 1500 şəxs bu petisiyanı imzalayıb. Petisiyada Azərbaycan Hökumətinin qarşısında aşağıdakı tələblər qoyulur:

1. Azərbaycan hökuməti tərəfindən yaxın gələcəkdə İstanbul Kovensiyasının imzalanması və buna əsaslanaraq qadınlara qarşı zorakılığın aradan qaldırılması məqsədi ilə milli qanunvericilikdə dəyişikliklərin edilməsi;

2. Gələcəkdə bu cür cinayətlərin qarşısını almaq üçün Banu Məhərrəmova timsalında qadın cinayətlərinin istintaqlarının və məhkəmə prosesinin ictimaiyyətə açıq formada keçirilməsi və cinayətkarların ən ağır cəza alması.

“Gender Hub Azerbaycan” hamını aşağıdakı keçid vasitəsilə petisiya ilə tanış olub, onu imzalamağa çağırır: https://cutt.ly/OkQTdRd

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri