13 
Fev
2021
13:13
146
29
2180
Virtual karabakh

Səsgücləndiricilərin içərisində psixotrop maddə və narkotik vasitə aşkarlandı - FOTO/VİDEO

13 Fev, 2021
13:13
2180

Səsgücləndiricilərin içərisində psixotrop maddə və narkotik vasitə aşkarlandı - FOTO/VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları narkotik vasitələrin və psixotrop maddələrin qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilməsi cəhdinin qarşısını alıblar.

Bu barədə Dövlət Gömrük Komitəsindən məlumat verilib. 

Bildirilib ki, İstanbul-Bakı aviareysi ilə gələn Azərbaycan Respublikası vətəndaşına məxsus çamadan Heydər Əliyev Beynəlxalq Hava Limanında rentgen aparatından keçirilərkən monitorda şübhəli təsvirlər müşahidə olunub.

Yoxlama zamanı çamadanda olan şəxsi əşyaların arasındakı iki ədəd səsgücləndiricinin içərisində gömrük nəzarətindən gizlədilən, ümumilikdə 4 ədəd şəffaf polietilen bükümdə ümumi çəkisi 302 qram olan 1000 ədəd MDMA (metilendioksimetamfetamin) psixotrop maddə və çəkisi 89,679 qram olan narkotik vasitə olan kokain aşkar edilib.

Xatırladaq ki, MDMA (metilendioksimetamfetamin) “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin I Siyahısı”na daxildir və onun təsiredici maddəsinin ümumi miqdarı 145 qramdır.

Faktla bağlı araşdırma aparılır.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri