16 
Fev
2021
10:09
19
99
2163
Virtual karabakh

TƏBİB-dən vaksinin əlavə təsirləri ilə bağlı AÇIQLAMA

16 Fev, 2021
10:09
2163

TƏBİB-dən vaksinin əlavə təsirləri ilə bağlı AÇIQLAMA

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Yüksək bədən hərarəti və ya xroniki xəstəliyin kəskinləşməsi mərhələsində olan insanlara peyvənd vurulması tövsiyə edilmir.

Bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) məlumat yayıb.

Məlumatda qeyd olunub ki, əhali arasında yayılan vaksindən sonra mümkün ola biləcək - baş ağrısı, əzələ ağrısı, qızdırma və s. kimi əlamətlər əks təsir deyil, əksinə gözlənilən nəticədir və tibbi cəhətdən bədənin vaksinə müsbət reaksiya verməsinin göstəricisidir.

“Vaksin istehsal edən şirkət tərəfindən yalnız vaksinin elementlərinə qarşı həssaslığı olan, peyvənd vurulan zaman yüksək bədən hərarəti və ya xroniki xəstəliyin kəskinləşməsi mərhələsində olan insanlara vurulması tövsiyə edilmir”, - deyə məlumatda bildirilib. 

Xatırladaq ki, Azərbaycanda yanvarın 18-dən etibarən COVID-19 əleyhinə vaksinasiya prosesinə başlanılıb. Fevralın 8-dən isə 65 yaşdan yuxarı şəxslərin və bəzi dövlət qurumlarında çalışanların peyvəndlənməsi aparılır.

Peyvəndləmə könüllü və dövlət hesabına həyata keçirilir.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri