17 
Fev
2021
17:48
479
25
4233
Virtual karabakh

“8 noyabr” stansiyasında sınaq işləri aparılır - RƏSMİ

17 Fev, 2021
17:48
4233

“8 noyabr” stansiyasında sınaq işləri aparılır - RƏSMİ

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Metronun Bənövşəyi xətti üzrə inşa edilən sayca üçüncü - “8 noyabr” stansiyasında son tamamlanma işləri davam etdirilir.

Bu barədə Trend-ə açıqlamasında “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin Mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.

Onun sözlərinə görə, hazırda yeni stansiyada infrastruktur qurulur:

“Bu istiqamətdə işlər sürətləndirilib. İnfrastruktur dedikdə, yəni idarəetmə, hərəkətin təşkili, mühəndis - texniki qurğuların quraşdırılması, sazlanması və onların sınaq işlərinin aparılması da daxildir. Metropoliten mürəkkəb, çoxşaxəli infrastruktura malik nəqliyyat vasitəsi olduğundan burada bir çox aparıcı sistemlərin, mexanizmlərin zəncirvari əlaqəsi də olmalıdır. Bu istiqamətdə də quraşdırma, sazlama və sınaq işləri davam etdirilir”.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri