18 
Fev
2021
17:51
132
75
3301
Virtual karabakh

Şikayəti olmayan insanlar da 40 yaşdan sonra mədə və kolonoskopiya müayinəsindən keçməlidir – Həkim məsləhəti

18 Fev, 2021
17:51
3301

Şikayəti olmayan insanlar da 40 yaşdan sonra mədə və kolonoskopiya müayinəsindən keçməlidir – Həkim məsləhəti

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Son vaxtlar mədə-bağırsaq traktının problemlərindən şikayət edən xəstələrin sayı durmadan artır.

Bu isə olduqca başa düşüləndir, demək olar ki, hər birimiz gündəlik həyatımızda stresslə qarşılaşırıq, heç də həmişə düzgün qidalanmaq imkanımız olmur və bütün bu səbəblər nəticədə mədə-bağırsaq xəstəliklərinin yaranmasına gətirib çıxarır.

Media.Az sözügedən xəstəliklə bağlı qastroenteroloq-cərrah, Tibb üzrə fəlsəfə doktoru Gülşən Abbasova ilə müzakirə aparıb.

G.Abbasova pasientlərin adətən daha çox hansı şikayətlərlə həkimlərə müraciət etdiyinə dair məlumat verib.

Müsahibimiz bildirib ki, xəstələr əsasən mədə ağrısı, qıcqırma, gəyirmə və nəcis xəstəliklərindən (qəbizlik, ishal) şikayət edirlər:

“Səhv qidalanma və stress səbəbindən insanlar tez-tez qastrit, müxtəlif kolit və proktoloji xəstəliklərlə qarşılaşırlar”.

G. Abbasova mədə-bağırsaq probleminin ilk simptomları barədə danışarkən qeyd edib ki, daha öncə qeyd etdiyi kimi mədə ağrıları, qıcqırma, gəyirmə, nəcis xəstəlikləri məhz mədə-bağırsaq traktının problemlərinin əlamətləridir:

“Bu narahatlıqlar qastritlə yanaşı xora, hətta xərçəng kimi daha ciddi xəstəliklərin əlamətləri ola bilər”.

Müsahibimiz fikrinin sonunda vurğuladı ki, insanlar 40 yaşdan sonra, hətta şikayətlərinin olmadığı təqdirdə belə mədə və kolonoskopiya müayinəsindən keçməlidirlər:

“Xora xəstəliyi olanlar ildə iki dəfə - yazda və payızda üç il müddətində müayinədən keçməlidirlər”.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri