19 
Fev
2021
12:30
157
9
1621
Virtual karabakh

Qubada iş yoldaşından 2000 manatdan çox pul oğurlayan şəxs saxlanıldı - VİDEO

19 Fev, 2021
12:30
1621

Qubada iş yoldaşından 2000 manatdan çox pul oğurlayan şəxs saxlanıldı - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

11 noyabr 2020-ci il tarixində Quba rayonu ərazisində yerləşən qum-çınqıl karxanalarının birində işləyən S.Davudov Quba Rayon Polis Şöbəsinə (RPŞ) müraciət edərək, iş otağında olan çantasından balansında 2051 manat pul olan plastik kartının naməlum şəraitdə oğurlanması barədə məlumat verib. 

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin Quba rayonunda regional qrupundan məlumat verilib.

Bildirilib ki ötən ildən bağlı qalan oğurluq hadisəsinin üstü açılıb. Belə ki, həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd edilən hadisənin Siyəzən rayon sakini Pərviz Qubatov tərəfindən törədildiyi müəyyən edilib və hazırda həmin şəxsin Oğuz rayonu ərazisində yerləşən şirkətlərin birində işlədiyi dəqiqləşdirilib. 

Quba və Oğuz RPŞ-nin əməkdaşlarının birlikdə keçirdikləri əməliyyat tədbirləri ilə P.Qubatov işlədiyi məntəqədə saxlanılaraq istintaqa təqdim olunub.

Dindirilmə zamanı o törətdiyi oğruluq əməlini etiraf edərək, kartda olan 2051 manat pulu digər rayonların ərazisində yerləşən bankomatlardan çıxararaq xərclədiyini bildirib. 

Faktla bağlı həmin şəxs barəsində Quba RPŞ-də İB-də cinayət işi açılıb, istintaq hərəkətləri davam etdirilir.

 

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri