19 
Fev
2021
15:10
232
19
3077
Virtual karabakh

Xaçmazda hasarlanmış göl sakinlərin etirazına səbəb oldu - VİDEO

19 Fev, 2021
15:10
3077

Xaçmazda hasarlanmış göl sakinlərin etirazına səbəb oldu - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Xaçmaz rayonunun Sərkərli kəndində yerləşən Sərkərtəpə abidəsi sahibkar tərəfindən hasara alınıb.

Baku TV xəbər verir ki, tarixi abidəylə yanaşı süni gölün də hasarlanması kənd sakinlərinə təsərrüfat suyu ilə bağlı çətinliklər yaradır. Sakinlər bildirir ki, onlar ərazidən və göldən istifadə etmək istəsələr mütləq icazə almalıdırlar.

Sahibkarın nümayəndəsi Rauf Qasımzadə Baku TV-yə bildirib ki, onlar ərazini zəbt etməyiblər. Qanuna uyğun şəkildə uzunmüddətli icarəyə götürüblər.

Qeyd edək ki, Sərkərtəpə abidəsi Tunc dövrünə aiddir. Abidə qorunmadığından aşınaraq baxımsız vəziyyətə düşüb.

Ətraflı süjeti təqdim edirik:

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri