21 
Fev
2021
14:04
642
27
4497
Virtual karabakh

Müharibədə yaralanmış qazimizə kiçik müəssisəsini qurması üçün dəstək göstərildi

21 Fev, 2021
14:04
4497

Müharibədə yaralanmış qazimizə kiçik müəssisəsini qurması üçün dəstək göstərildi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Vətən Müharibəsində  şərəfli döyüş yolu keçmiş və döyüşlərin birində yaralanmış Əliyev Əsəd Qurban oğlunu da sosial dəstəklə əhatə edib.

Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Bakının Xəzər rayon sakini olan qazi anası ilə birgə yaşayır. Nazirlik tərəfindən Əsədə əlillik və bununla əlaqədar Prezidentin aylıq təqaüdü və müavinət təyin olunub. 

Bu günlərdə Nazirliyin əməkdaşları qazinin ailəsi ilə görüşərkən o, özünüməşğulluq proqramına cəlb olunmaq, proqramın dəstəyi ilə meyvəqurutma üzrə kiçik müəssisəsini qurmaq istədiyini bildirib. Əsədin bu istəyi nəzərə alınaraq Dövlət Məşğulluq Agentliyi tərəfindən növbədənkənar özünüməşğulluq proqramına cəlb edilib.

Qısa müddətdə ona meyvəqurutma üzrə kiçik müəssisəsini qurmaq üçün bütün avadanlıqlar təqdim edilib.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri