22 
Fev
2021
17:33
148
34
3068
Virtual karabakh

Məhkəmə-tibb eksperti: “Azərbaycanda qətllər nadir hallarda intihar kimi qələmə verilir”

22 Fev, 2021
17:33
3068

Məhkəmə-tibb eksperti: “Azərbaycanda qətllər nadir hallarda intihar kimi qələmə verilir”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Hər hansı bir zorakı ölüm araşdırılmalıdır - bunu protokol tələb edir, bunu qanun tələb edir.

Bunu məhkəmə-tibb eksperti Denis Rzayev peşəsinin incəlikləri barədə Media.Az-a müsahibəsində deyib.

“Ən sadə nümunə deyim. Tutaq ki, kimsə özünü asıb. Hətta əgər onun psixoloji narahatlıqlarının olması və mütəmadi olaraq intihardan bəhs etməsi dəqiq bilinsə də, ölüm səbəbini müəyyənləşdirməliyik. Bəlkə də pis niyyətli adamlar onu öldürüb, sonra da asıblar. Bunu faktlar və dəlillərlə sübut etməliyik”, - deyə mütəxəssis bildirib.

Həkim qeyd edib ki, Azərbaycanda qətllər nadir hallarda intihar kimi qələmə verilir:

“Bu, psixologiyamıza xas deyil. Məsələn, Rusiyada, ABŞ-da, Avropada bu daha çox olur. Şəhər nə qədər böyükdürsə, cinayətlərdə bir o qədər müxtəlifdir”.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri