23 
Fev
2021
10:36
35
84
1181
Virtual karabakh

Lənkəranda karantin qaydalarını pozan obyektlər cərimələndi

23 Fev, 2021
10:36
1181

Lənkəranda karantin qaydalarını pozan obyektlər cərimələndi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Lənkəran rayonunda karantin qaydalarını pozan iki obyekt cərimə olunub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, polis əməkdaşları tərəfindən bu istiqamətdə keçirilən növbəti tədbirlər zamanı rayonun Digah kəndində yerləşən “Zəm-Zəm” çay evində karantin rejimi qaydalarına zidd olaraq qəlyan xidməti göstərildiyi, Vilvan kəndində yerləşən digər bir çay evinin isə gecə saat 00:00-dan sonra fəaliyyət göstərdiyi aşkar edilib.

Həmin obyektlərlə bağlı üç şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən protokol tərtib edilərək cərimə olunublar.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri