23 
Fev
2021
10:54
10
104
1844
Virtual karabakh

Bakıda qonşular arasında narazılıq bıçaqlanma ilə bitdi

23 Fev, 2021
10:54
1844

Bakıda qonşular arasında narazılıq bıçaqlanma ilə bitdi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakıda bıçaqlanma hadisəsi baş verib.

Unikal.org-un məlumatına görə, hadisə paytaxtın Nizami rayonu ərazisində baş verib. Bakı şəhər sakini, 1967-ci il təvəllüdlü Qüdrətov İlqar Rəhman oğlu küçədə qonşusu, 1961-ci il təvəllüdlü Məmmədov Nadir İsmayıl oğlu ilə mübahisə edib. Mübahisə davaya çevrilib və nəticədə hər iki şəxs üzərində gəzdirdikləri bıçaqla bir-birilərinə xəsarət yetiriblər.

Hər iki şəxs müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Nizami rayon polis şöbəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsilə cinayət işi başlanıb.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri