25 
Apr
2013
00:20
6
0
1224
Virtual karabakh

Heyvan hüquqlarının müdafiəçiləri Azərbaycan prezidentinə müraciət edirlər

Facebook sosial şəbəkəsində sahibsiz heyvanların xilas edilməsi məqsədilə “Sahibsiz heyvanlar üçün “Friends” sığınacağı” qrupunu yaratmış azərbaycanlı heyvan hüquqları müdafiəçiləri bu gün ölkə prezidenti İlham Əliyevə müraciət etmək üçün imzatoplama kampaniyasına start veriblər.

Petisiya müəlliflərinin yazdıqlarına görə, onlar bu gün Azərbaycanda İnzibati Xətalar Məcəlləsinin 129.1 maddəsinə (Heyvanlarla onların ölümünə və ya xəsarət almasına səbəb olan amansız rəftar) əsasən heyvanların öldürülməsinə görə yalnız 25 manatdan 45 manatadək cərimənin nəzərdə tutulmasından narahatdırlar. Belə ki, bu cür aşağı cərimələr sahibsiz heyvanlara qarşı cinayətlərdən çəkindirmir və onların qarşısını almır.

Bundan başqa, heyvan hüquqları müdafiəçilərinin rəyinə əsasən, ayrı-ayrı vətəndaşların belə hərəkətləri dövlətimizin imicini diskreditasiya edir, dünya ictimaiyyətinin gözündə xalqımız, qədim mədəniyyətimiz haqqında yanlış təsəvvür yaradır.

Petisiyada deyilir:

“Hörmətli cənab Prezident İlham Əliyev,

Biz, Azərbaycan Respublikasının vəıtəndaşları küçələrimizdə sahibsiz it və pişiklərin öldürülməsinin cəzasız qalmasından narahatıq!

Ölkəmizdə heyvanlarla amansız rəftar halları artıb. Son vaxtlar insanlar bizim kiçik qardaşlarımızın qanlı və dəhşətli şəkildə öldürülməsinin şahidi olublar. Bütün bunlar şəhərlərimizin küçələrində, günün günorta çağı, uşaqlar və yeniyetmələrin, paytaxt Bakını ziyarət edən xarici qonaqların gözləri önündə baş verir.

Təəssüf ki, yerli mətbuatda sahibsiz heyvanların amansız şəkildə öldürülmələri barədə yazılar tez-tez peyda olmağa başlayıb...” (müraciətin tam mətni və səs vermək üçün keçid məqalənin sonunda yerləşdirilib).

Müəlliflərin yazdığına görə, petisiyanın nəzərdən keçirilməsi üçün 50.000 səs lazımdır. Hazırda petisiya 1510 səs toplayıb.

Petisiyanın tam mətni:

https://www.change.org/ru/петиции/остановите-страдания-животных-в-азербайджане

Azərbaycan Xəbərləri

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri