23 
Fev
2021
12:27
14
612
2838
Virtual karabakh

Nazirlik rəsmisi: “Azərbaycanda pensiya yaşı yüksək deyil”

23 Fev, 2021
12:27
2838

Nazirlik rəsmisi: “Azərbaycanda pensiya yaşı yüksək deyil”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Hazırda Azərbaycanda əhalinin pensiya yaşı yüksək deyil”.

Oxu.Az-ın məlumatına görə, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Pensiya siyasəti və fərdi uçota nəzarət şöbəsinin müdiri Elnur Abbasov bildirib.

Onun sözlərinə görə, nazirlik tərəfindən davamlı olaraq təhlillər aparılır:

“Sosial iqtisadi baxımından Azərbaycana yaxın olan bir neçə ölkənin davamlı müşahidəsi aparılır. Heç də ölkəmizdə pensiya yaş həddinin yuxarı olması müşahidə edilmir”.

O qeyd edib ki, hazırda Dövlət Statistika Komitəsinin müəyyən etdiyi rəqəmlərə görə Azərbaycanda orta ömür uzunluğu 77 ildir:

“Arada 12 illik pensiya ödəniş dövrü var. Pensiya yaş həddinin yüksək olması ilə bağlı səsləndirilən fikirlər məntiqə və araşdırmalara söykənmir. Bu gün ölkədə 1 milyon 232 min pensiyaçı var. Onların 54 faizi 12 ildən artıq pensiya alır.

Bu pensiyaçıların kapitalı artıq bitib, biz onları Dövlət Sosial Fondunun vəsaitləri hesablarına qarşılayırıq. Pensiyalardan biri yaşa görədir. Bundan əlavə ailə başçısını itirməyə və əlilliyə görə pensiyalar da verilir”.

İlhamə Əbülfət

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri