23 
Fev
2021
14:06
275
6
1872
Virtual karabakh

Körpə Əlinin sağlamlığına qovuşmasına kömək edək - FOTO

23 Fev, 2021
14:06
1872

Körpə Əlinin sağlamlığına qovuşmasına kömək edək - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

36 günlük körpənin sizin köməyinizə ehtiyacı var.

Balaca Əli ürək qüsuru ilə dünyaya gəlib. Həkimlər onda ürəkdə qulaqcıqlar və mədəciklər arası qüsurlar, ikinci-üçüncü dərəcəli mitral çatışmazlıq, üçüncü dərəcəli trikuspit çatışmazlıq və fəsadlar müəyyən ediblər.

Uşağın həyatda qalması üçün cərrahi əməliyyat olunub, həkimlər əllərindən gələni ediblər.

Atası Əsgər Tanrıverdiyevin sözlərinə görə, hələ 40 günü tamam olmayan övladının əməliyyat pulunu ödəyə bilmir:

“Övladım ürək qüsuru ilə dünyaya gəlib. Həkimlər həyatda qalması üçün əməliyyat edib. Uşaq əməliyyatdan sonra küvezdə saxlanılır və bahalı dərmanlar lazım olur. Ümumilikdə, gücüm çatan qədər ödəniş etmişəm. Amma hazırda Mərkəzi Klinikaya 1 400 manat məbləğində borc qalıb. İmkanım yoxdur bu borcu bağlayım. Övladımın müalicəsi hələ də davam edir, çox xahiş edirəm mənə yardım edin”.

Həkimlər balaca Əlinin 3 ay sonra yenidən əməliyyat olunması gərəkdiyini bildirirlər. Ailəyə yardım etmək istəyən şəxslər uşağın atası ilə əlaqə saxlaya bilərlər: +994 55 320 21 34

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri