23 
Fev
2021
23:35
38
280
2636
Virtual karabakh

Neft Daşlarında dalğanın hündürlüyü 4,8 metrə çatıb - FAKTİKİ HAVA

23 Fev, 2021
23:35
2636

Neft Daşlarında dalğanın hündürlüyü 4,8 metrə çatıb - FAKTİKİ HAVA

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycanda müşahidə edilən faktiki hava açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən “Report”a verilən məlumata görə, fevralın 23-ü saat 23:00-a olan məlumatına əsasən Mərəzə, Şamaxı, Qrız, Xınalıq, Qusar, Xaçmaz, Şabran, Cəfərxan, Altıağac, Quba, Nabran, Xaltanda, Bakıda və Abşeron yarımadasında qar yağır.

Qərb küləyinin sürəti Neftçalada 25, Naftalanda 24, Ağstafada 23, Hacıqabul 20, Gəncə, Tovuzda 18, Sabirabad , Yevlaxda 17, Tərtər, Ağdam, Bərdədə 16, Bakıda 22, Binədə 19, Maştağa, Çilov adasında 19, Sumqayıt, Qum adasında 18, Neft daşlarında 21 m/s- dək güclənib.

Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 4.8 metrə çatıb.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri