24 
Fev
2021
11:32
51
273
2526
Virtual karabakh

Rusiyadan Azərbaycana gələn məhsulda salmonella aşkarlandı

24 Fev, 2021
11:32
2526

Rusiyadan Azərbaycana gələn məhsulda salmonella aşkarlandı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Rusiyadan idxal edilən dondurulmuş toyuq dərisi məhsulunda salmonella aşkarlanıb.

Bu barədə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat yayıb.

Bildirilir ki, həyata keçirilən nəzarət tədbirləri çərçivəsində Rusiya Federasiyasında fəaliyyət göstərən “PECYPC-ЮГ” MMC tərəfindən istehsal olunan və “AZFOOD COMPANY” MMC tərəfindən ölkəmizə idxal edilən 9,97 ton dondurulmuş toyuq dərisi məhsulu partiyasına Agentliyin müfəttişləri baxış keçirib.

Baxış zamanı idxal olunan məhsuldan nümunələr götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim olunub. Müayinələr nəticəsində məhsullarda salmonella patogen mikroorqanizmləri aşkarlanıb.

Agentlik tərəfindən istehlaka yararsız dondurulmuş toyuq dərisi məhsullarının  zərərsizləşdirilməsi və ya məhv edilməsi ilə bağlı qərar qəbul edilib.

Hazırda qanunvericiliyin tələbləri çərçivəsində müvafiq tədbirlər görülür.

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri