25 
Fev
2021
13:52
237
45
7610
Virtual karabakh

Azərbaycanda Xəzərin sahili dondu, hadisəyə aydınlıq gətirildi - YENİLƏNİB + FOTO

25 Fev, 2021
13:52
7610

Azərbaycanda Xəzərin sahili dondu, hadisəyə aydınlıq gətirildi - YENİLƏNİB + FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Akademik Həsən Əliyev adına Coğrafiya İnstitutu Xəzər dənizinin ləpədöyən hissəsində donması ilə bağlı yayılan fotoya aydınlıq gətirib.

İnstitutun əməkdaşı Məhərrəm Mehdiyev Oxu.Az-a açıqlamasında bildirib ki, Xəzər dənizinin ləpədöyən hissəsinin buz bağlaması adi bir haldır:

“Ölkə ərazisində havanın kəskin dəyişməsi nəticəsində temperaturunun mənfi səkkiz, doqquz dərəcəyə düşüb. Şabran rayonu ərazisində Xəzər dənizin ləpədöyən hissəsinin buzlaşması oranın dayaz olması ilə bağlıdır. Haradakı dayaz yerlər var, ora buz bağlaya bilər. Havanın temperaturu yüksələn kimi buz əriyəcək”.

09.21

Xəzər dənizinin ləpədöyən hissəsində donma qeydə alınıb.

Foto sosial şəbəkələrdə yayılıb.

Belə ki, Şabran rayonunun Xəzər dənizinin ləpədöyən hissəsi buz bağlayıb.

İlhamə Əbülfət

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri