25 
Fev
2021
10:36
55
166
5931
Virtual karabakh

Gecə bəzi yerlərdə 17 dərəcə şaxta olub - AÇIQLAMA

25 Fev, 2021
10:36
5931

Gecə bəzi yerlərdə 17 dərəcə şaxta olub - AÇIQLAMA

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Hidrometeoroloji müşahidə şəbəkəsindən daxil olan məlumata əsasən, ölkənin şimal-şərq rayonlarında daha aşağı temperatur göstəriciləri qeydə alınıb”.

Bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat katibi İradə İbrahimova bildirib.

Onun sözlərinə görə, fevralın 25-i gecə və səhər ölkə ərazisində ən aşağı temperatur Quba-Xaçmaz bölgəsində müşahidə edilib. 

İ.İbrahimovanın sözlərinə görə, sözügedən rayonlarda 13-17 dərəcə şaxta müşahidə edilibsə, Qəbələ, Zaqatala, Şəkidə 6-10, Aran rayonlarında 5 dərəcəyədək şaxta olub:

“Maraqlıdır ki, adətən qışın ən şaxtalı keçdiyi Naxçıvan, Şərur, Ordubadda bu gecə 2-3 dərəcə şaxta qeydə alınıb, bu da Bakı şəhərində faktiki qeydə alınan temperaturdan 3 dərəcə yüksəkdir. Bakıda və Abşeronda minimal temperatur -6 dərəcəyədək olub, şəhərin nisbətən yüksəklikdə yerləşən ərazilərində havanın temperaturu daha aşağı enib”.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri