25 
Fev
2021
13:39
63
9
871
Virtual karabakh

BANM Stokholm Universiteti ilə kibertəhlükəsizlik sahəsi üzrə mütəxəssis hazırlığına başlayır

25 Fev, 2021
13:39
871

BANM Stokholm Universiteti ilə kibertəhlükəsizlik sahəsi üzrə mütəxəssis hazırlığına başlayır

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakı Ali Neft Məktəbi (BANM) İsveçin Stokholm Universiteti ilə kibertəhlükəsizlik və informasiya təhlükəsizliyi sahəsi üzrə mütəxəssis hazırlığı istiqamətində əməkdaşlığa başlayıb. Birgə layihə kibertəhlükəsizlik və informasiya təhlükəsizliyi üzrə mütəxəssislərə artan tələbatı ödəmək üçün nəzərdə tutulub. BANM xüsusi bakalavr proqramı çərçivəsində bu sahə üzrə təhsillərini davam etmək istəyən gənclər üçün onlayn kurslar təşkil edəcək. 

Stokholm Universiteti ilə birgə təşkil edilən onlayn kurs kibertəhlükəsizlik sahəsində təhsil, təcrübə mübadiləsi, sənayenin ehtiyaclarını araşdırmaq və praktik bacarıqlı mütəxəssis yetişdirmək məqsədi daşıyır. 

Bu ortaq layihə gənc istedadlara kiber təhlükəsizlik sahəsində xüsusi hazırlanmış onlayn proqram vasıtəsilə karyeralarını inkişaf etdirmək üçün bir çox fürsətlər təqdim edəcək. Eyni zamanda, bu birgə təşəbbüs bölgədə informasiya təhlükəsizliyi sektorunda beynəlxalq əməkdaşlığın inkişafına zəmin yaradacaq.

Bakı Ali Neft Məktəbi yüksək keyfiyyətli, rəqabətə davamlı kibertəhlükəsizlik təhsilinin təmin edilməsinə yönəlmiş bu ortaq təşəbbüs vasitəsi ilə Polşa, Gürcüstan və Ukraynanın aparıcı universitetləri ilə əməkdaşlıq edəcək.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri