25 
Fev
2021
15:42
225
26
2770
Virtual karabakh

“Pray for Ganja” klipi təqdim edildi - FOTO/VİDEO

25 Fev, 2021
15:42
2770

“Pray for Ganja” klipi təqdim edildi - FOTO/VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Səhnə adı Sivva olan bəstəkar-müğənni Sevinc Ağasıyeva yeni layihəsini təqdim edib.

Layihə Gəncə, Bərdə, Xocalı, həmçinin Qarabağda şəhid olan bütün günahsız həmvətənlərimizin ruhuna ithaf olunub. Təsadüfi deyil ki, mahnı və klipin təqdimatı “Xocalı soyqırımı”nın 29-cu il dönümü ərəfəsində baş tutub. 

İngilis dilində olan mahnının bəstəkarı Sivva, sözlərin müəllifi isə Ruslan Karslıdır. Aranjeman isə Samir Şirinova aiddir. Balabanda Xalq artisti Əlixan Səmədov, kamançada isə Əməkdar artist Elnur Əhmədov ifa edib.

Xanım ifaçının duet ortağı “Uşaq Avroviziya mahnı müsabiqəsi”nin iştirakçısı, prezident təqaüdçüsü Fidan Hüseynovadır.

Klipdə 2020-ci ilin oktyabrında ermənilərin mülki əhalini hədəfə alaraq Gəncəni raket atəşinə tutması obrazlı şəkildə canlandırılıb.

Rejissor Delee Oruclu, baş prodüser Samir Şirinov, layihənin rəhbəri Ruslan Zeynaldır. 

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri