25 
Fev
2021
15:20
24
141
10520
Virtual karabakh

Bu 8 martda “Kontakt Home”dan hansı kampaniyalar gözlənilir?

25 Fev, 2021
15:20
10520

Bu 8 martda “Kontakt Home”dan hansı kampaniyalar gözlənilir?

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“8 mart” yaxınlaşır. Bu günlərdə hamını maraqlandıran suallar bunlardır: “Nə alım?”, “Haradan alım?”, “Necə alım ki, büdcəmi aşmasın?”.

Həmişə və hər kəsi sevindirməyi özünə hədəf seçən “Kontakt Home”dan müştəriləri bu bayramda da sevindirən endirim və kampaniyalar gözləyir. Gözləntiləri öyrənmək üçün “Kontakt Home” mağazalarına yollanıb müştərilərlə danışdıq:

“Keçən il 8 Mart endirimlərində bütün hədiyyələri “Kontakt Home”dan aldım. Anama soba, bacıma fen, yoldaşıma smart saat seçdim. Sağolsun, mağaza işçiləri də seçimdə çox kömək oldular mənə. Hədiyyələri həm evdəkilər çox bəyəndi, həm də endirimdə xeyli qənaət elədim. Bu gün də “Kontakt”a gəlmişəm ki, indidən hədiyyələri gözaltı eləyim.”

Orxan Əhmədov, “Ukrayna dairəsi” mağazasının müştərisi

Taksit kartların keçərli olması, müştərilərə endirimi faizsiz şəkildə aylara bölmək imkanını da yaradır:

“Nişanlıma bayramda “iPhone” hədiyyə etməyi planlaşdırıram. Kreditlə maraqlanmağa gəlmişəm. Dedilər ki, taksit kartlarıyla aylara da bölüb ala bilərəm. Onda lap sərfəli düşür. Bunu bilməyim lap əla oldu. Elə mağazadakı “Birkart” məntəqəsinə yaxınlaşıb rəsmiləşdirəcəm kartımı”.

Alim Səmədov, “İnşaatçılar” mağazasının müştərisi

Sevindirən şəbəkə nə alacağından əmin olmayanlar üçün hədiyyə kartları təklif edir. Hədiyyə kartlarının nominalı 50 manatdan 1000 manatadək dəyişir. Yəni, yenə hər büdcəyə uyğun seçim tapmaq olar:

“Düzünü desəm, hədiyyə seçimində çox yaxşı deyiləm, lakin yoldaşımı sevindirməyi çox sevirəm. Bunun çıxış yolunu isə hədiyyə kartlarında görürəm. Həm onu diqqətsiz qoymuram, həm də hədiyyəsini özünün seçə bilməsinə imkan yaradıram. Beləliklə, hədiyyədən razı qalmamaq şansı da qalmır”.

Davud Əliyev, “Gənclik” mağazasının müştərisi

Müştərilər “Kontakt Home”dan bayramqabağı kredit kampaniyası da gözləyirlər:

“Keçən il bayramda anama qabyuyan almışdım. İlkin ödəniş və faiz də yox idi. İndi özümə qulaqlıq almağa gəlmişəm, amma bayramqabağı hədiyyə üçün yenidən baş çəkəcəm bura. Çünki çox sərf eləyir”.

Xatirə Aslanova, “Sahil” mağazasının müştərisi

Göründüyü kimi, müştərilər artıq indidən sevimli qadınları üçün sevindirən hədiyyələri seçməyə başlayıblar. Sizə də hədiyyə siyahısını indidən hazırlamağı təklif edirik. Çünki “Kontakt Home”-da smartfondan televizora, qabyuyandan saç feninə, mebeldən tekstilə qədər hər növ məhsula böyük endirimlər və kredit kampaniyaları gözlənilir. 

Sizə ən yaxın “Kontakt Home” mağazasını buradan tapın. Bütün kampaniya və endirimlərdən xəbərdar olmaq üçün “Kontakt Home”u “Instagram”da izləyin, yaxud *6060 Çağrı Mərkəzinə zəng edərək sizi maraqlandıran sualları ünvanlayın.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri