25 
Fev
2021
16:00
114
14
762
Virtual karabakh

Yüksək dağlıq ərazilərdə qarölçmə işlərinə başlanılacaq

25 Fev, 2021
16:00
762

Yüksək dağlıq ərazilərdə qarölçmə işlərinə başlanılacaq

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ölkə ərazisində qar-su ehtiyatlarının müəyyənləşdirilməsi, su resurslarının qiymətləndirilməsi məqsədilə Milli Hidrometeorologiya Xidmətinin mütəxəssisləri tərəfindən Böyük və Kiçik Qafqazın yüksək dağlıq ərazilərində mart ayının ilk günlərindən etibarən qarölçmə işlərinin aparılmasına başlanılacaq. 

Xidmətin Hidrologiya Mərkəzinin direktoru Asif Verdiyev bildirib ki, qarölçmə işləri 25 marşrut üzrə 4 qrupdan ibarət ekspedisiya tərəfindən həyata keçiriləcək və qar örtüyünün hündürlüyü, çəkisi, sıxlığı, sululuğu təyin olunacaq:

“Qarölçmə işləri Böyük Qafqazın Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ rayonlarının ərazilərindən axan Balakənçay, Katexçay, Talaçay, Kürmükçay, Şinçay, Kişçay, Bumçay, Dəmiraparançay, Quba və Qusar rayonlarının ərazilərindən axan Qusarçay, Qudiyalçay, Vəlvələçay, Kiçik Qafqazın Gədəbəy, Daşkəsən, Göygöl rayonlarının ərazilərindən axan Şəmkirçay, Zəyəmçay, Gəncəçay, Kürəkçay və Kəlbəcər, Laçın rayonlarının ərazilərindən axan Tərtərçay, Həkəriçay çaylarının hövzələrində aparılacaq”.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri