26 
Fev
2021
11:24
233
3
636
Virtual karabakh

ABŞ-dakı Türkiyə dərnəkləri Xocalı qətliamını qınadı

26 Fev, 2021
11:24
636

ABŞ-dakı Türkiyə dərnəkləri Xocalı qətliamını qınadı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

ABŞ-da fəaliyyət göstərən qeyri-hökumət Türkiyə təşkilatları Xocalı qətliamının 29-cu ildönümü üçün anım mesajı yayıblar.

“Anadolu” agentliyi xəbər verir ki, Türkiyə-Amerika Təşkilat Komitəsi tərəfindən yayılan mesajda ermənilər tərəfindən Azərbaycanın Xocalı şəhərində 106 qadın və 63 uşaq da daxil olmaqla 613 nəfərin qətlə yetirilməsi qınanılıb.

“Biz beynəlxalq birlikləri ermənilərin törətdikləri vəhşiliklər barədə məlumatlandırmalı və bu dəhşətli hərbi cinayətə görə ədalət tələb etməliyik”, - deyə bildirilir.

Amerikanın Türk Dərnəkləri Assosiasiyası yayımladığı mesajda 1992-ci ildə Xocalıda erməni qüvvələri tərəfindən törədilən qətliamı qınayıb, ABŞ-a və beynəlxalq ictimaiyyətə bu cinayətə görə erməni liderlərinin məsuliyyətə cəlb edilməsi ilə bağlı çağırış edib.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri