26 
Fev
2021
14:50
215
7
1157
Virtual karabakh

İlham Əliyev: “Xarici investorlar Azərbaycana daha fəal sərmayə qoyuluşu edəcəklər”

26 Fev, 2021
14:50
1157

İlham Əliyev: “Xarici investorlar Azərbaycana daha fəal sərmayə qoyuluşu edəcəklər”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“İndi xarici investorlar daha fəal şəkildə Azərbaycana sərmayə qoyuluşu edəcəklər”.

Oxu.Az-ın məlumatına əsasən, bu fikri Prezident İlham Əliyev keçirdiyi onlayn mətbuat konfransında səsləndirib.

“Nəzərə alsaq ki, artıq müharibə bitib, hamı yaxşı başa düşür ki, hərbi əməliyyatların yenidən başlaması riskləri demək olar ki, sıfıra çatdırılıb. Azərbaycan tərəfinə gəldikdə biz tərəfdən heç bir aqressiv hərəkətlər olmayacaq. Ermənistana gəldikdə isə onların elə bir imkanı yoxdur.

Düşünürəm ki, həmin yerlərə investisiyalar cəlb olunacaq. Müharibədən öncə biz bərpa olunan enerji mənbələrinin inkişaf etdirilməsinə iki böyük şirkəti cəlb edə bilmişdik. Ümumi gücü 440 meqavat olan həm günəş, həm də külək stansiyalarının qurulması ilə bağlı tender prosesi nəticəsində iki şirkət ən yaxşı təklif verərək qalib gəlmişdilər. Biz bu sahəyə investisiya qoyuluşu etmək istəyən şirkətləri cəlb edirik”, - deyə Prezident bildirib.

İlham Əliyev işğaldan azad edilmiş ərazilərin çox gözəl imkanlara sahib olduğunu da əlavə edib:

“Kəlbəcər, Laçında külək çox güclüdür. Həmçinin, Zəngilan və Cəbrayılda günəş enerjisi çoxdur. Burada ilin çox günü günəşli keçir. Bu gün biz müvafiq Azərbaycan strukturlarına tapşırıq vermişik ki, xarici tərəfdaşlarla bu məsələləri işləyib hazırlasınlar. Bunun çox böyük perspektivləri var. Biz Qarabağı “yaşıl enerji zonası” elan etmişik”.

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri