26 
Fev
2021
18:06
238
11
2384
Virtual karabakh

Leyla Abdullayeva Xocalı faciəsi zamanı 12 yaşında olan şahid barədə paylaşım edib - FOTO

26 Fev, 2021
18:06
2384

Leyla Abdullayeva Xocalı faciəsi zamanı 12 yaşında olan şahid barədə paylaşım edib - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat Xidməti idarəsinin rəisi Leyla Abdullayeva Xocalı faciəsi zamanı 12 yaşında olan Samirə Hüseynova barədə paylaşım edib.

Oxu.Az-ın məlumatına görə, o paylaşımına faciə şahidinin fotosunu əlavə edib.

“Bu qadın - Samirə Hüseynova, ailəsi doğma Xocalı şəhərini tərk etmək məcburiyyətində qalan zaman cəmi 12 yaşında idi. Hələ də atasından, nənəsindən, əmisindən və bibilərindən xəbər gözləyir”, - deyə XİN sözçüsü bildirib.

L.Abdullayeva S.Hüseynovanın ümumilikdə 48 qohumunun öldüyünü və ya itkin düşdüyünü vurğulayıb.

“Xocalını unutmadıq! Xocalıya ədalət tələb edirik!”, - deyə XİN Mətbuat Xidməti idarəsinin rəisi vurğulayıb.

 

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri