26 
Fev
2021
20:48
89
16
935
Virtual karabakh

Bu il sosial sahədə e-yeniliklərin tətbiqi daha da genişlənəcək

26 Fev, 2021
20:48
935

Bu il sosial sahədə e-yeniliklərin tətbiqi daha da genişlənəcək

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Hazırda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 61 e-xidməti fəaliyyət göstərir. Onlardan 34-ü proaktiv xidmətlərdir. Eyni zamanda, son iki ildə 30-dək e-arayış xidməti də istifadəyə verilib.

Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb. 

Bildirilib ki, bu barədə Nazirlikdə sosial sahədə İT texnologiyalarının tətbiqi proqramının icrasına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasda bildirilib. 

Vurğulanıb ki, dövlət xidmətləri sahəsində e-texnologiyaların geniş tətbiqi ilə bağlı Prezident cənab İlham Əliyevin müvafiq tapşırıqları sosial sahədə də uğurla icra olunur. Əmək, məşğulluq, sosial müdafiə və sosial təminat sahələrində xidmətlərin elektron infrastrukturunun qurulması, bu sahələrdə proaktiv xidmətlərin yaradılması sahəsində mühüm işlər aparılır.

Son iki ildə pensiya, sosial müavinət və təqaüdlərin təyinatı, həmçinin sosial sığıorta sahəsində xidmətlər elektronlaşdırılıb. Ötən il sosial təminat növləri üzrə 95 min təyinat və 190 minə yaxın fərdi hesabın açılması proaktiv  qaydada həyata keçirilib. Nazirliyin e-xidmətlərinə isə ötən il 13 milyon 62 min 408 müraciət qeydə alınıb.  Həmçinin 2020-ci ildə Nazirliyin fəaliyyət sahələri üzrə elektron arayış xidmətləri vasitəsilə 535 min 159 arayış verilib. “E-sosial” portalına müraciətlərin sayı isə ötən il 41,8 milyondan çox olub. 

Bu il də elektron xidmətlərin yaradılması işləri geniş vüsət alacaq. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin e-xidmətlərinin sayının 100-ə çatdırılması hədəflənir ki, nəticədə qurumun 132 xidmətindən artıq 76%-ə qədərinin elektronlaşması təmin olunacaq.
İclasda elektronlaşdırma proqramı üzrə qarşıda duran vəzifələr müzakirə olunub.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri