27 
Fev
2021
13:25
137
29
836
Virtual karabakh

Mədəniyyət naziri Latviyanın Azərbaycandakı səfiri ilə görüşdü

27 Fev, 2021
13:25
836

Mədəniyyət naziri Latviyanın Azərbaycandakı səfiri ilə görüşdü

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycan Respublikasının Mədəniyyət naziri Anar Kərimov Latviya Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Dainis Qarançs ilə görüşüb.

Bu barədə Nazirlik məlumat yayıb.

Görüşdə əməkdaşlığın genişləndirilməsinin vacibliyini vurğulayan nazir Latviya ilə yaradıcı mədəniyyət sənayeləri, habelə kino və musiqi sahələrində qarşılıqlı əməkdaşlıqda maraqlı olduğumuzu bildirib.

Azərbaycan və Latviya arasında imzalanan əməkdaşlıq sənədlərinə toxunan Anar Kərimov bu zəmində layihə yönümlü fəaliyyətə üstünlük verilməsinin əhəmiyyətini qeyd edib. 

Müzakirə zamanı Azərbaycan Respublikasının işğaldan azad olunan ərazilərində Ermənistan tərəfindən dağıdılan tarixi-mədəni abidələrin, təcavüzkar siyasətə məruz qalan mədəni irsimizin bərpası ilə bağlı məsələlərə toxunulub.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri