27 
Fev
2021
17:48
329
43
2794
Virtual karabakh

“Euronews”un Qırmızı qəsəbədən reportajı - VİDEO

27 Fev, 2021
17:48
2794

“Euronews”un Qırmızı qəsəbədən reportajı - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Euronews” telekanalı Azərbaycanda yaşayan dağ yəhudiləri haqqında reportaj hazırlayıb. 

Baku TV xəbər verir ki, süjetdə Azərbaycanın çoxlu sayda müxtəlif etnik qrupların vətəni olduğu bildirilib. 

Belə qruplardan biri də yüz illər əvvəl İrandan Qafqaz dağlarına köç edən yəhudi xalqının nəslindən olan dağ yəhudiləridir. Qırmızı qəsəbə Böyük Qafqazın şərq yamaclarında yerləşən Quba şəhərindəki bir yəhudi qəsəbəsidir. Özünəməxsus memarlıq üslubu ilə digər Azərbaycan yaşayış məntəqələrindən seçilir. Orada yaşayan insanlar çoxəsrlik ənənələrinə hörmət edir və onları qoruyur. 

Reportajda qeyd olunub ki, Azərbaycanda əsas din İslam olduğu halda, insanlar yəhudilik və digər inanclara da etiqad edir. Uzun əsrlər boyu yəhudilər və müsəlmanlar Qubada birlikdə yaşayıblar. 

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri