28 
Fev
2021
20:14
345
60
1918
Virtual karabakh

İspaniyanın EFE agentliyi Prezidentin mətbuat konfransı ilə bağlı məqalə dərc edib - FOTO

28 Fev, 2021
20:14
1918

İspaniyanın EFE agentliyi Prezidentin mətbuat konfransı ilə bağlı məqalə dərc edib - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İspaniyanın EFE informasiya agentliyi fevralın 26-da Azərbaycan Prezidenti İlham Əliyevin yerli və xarici KİV nümayəndələri üçün mətbuat konfransı ilə əlaqədar məqalə dərc edib.

“İlham Əliyev bəyan edib ki, Ermənistan ölkədə daxili böhrana baxmayaraq atəşkəs haqqında Bəyanata riayət etməlidir” sərlövhəli məqalədə Azərbaycan Prezidenti İlham Əliyevin bu sözləri xüsusi vurğulanır:

“Dağlıq Qarabağda müharibədə Ermənistanın məğlubiyyətindən sonra geniş miqyas almış siyasi böhran bu ölkənin daxili işidir, lakin həmin böhran atəşkəs haqqında Bəyanata riayət edilməsinə mane olmamalıdır”.

İlham Əliyev əmindir ki, əgər Ermənistan atəşkəs haqqında Azərbaycan Prezidenti, Ermənistanın baş naziri və Rusiya Prezidenti tərəfindən imzalanmış üçtərəfli Bəyanatın bəndlərinin yerinə yetirməsə, o, (Ermənistan) daha mürəkkəb vəziyyətə düşəcək.

Diqqətə çatdırılır ki, atəşkəs haqqında Bəyanatın 9 bəndinin əksəriyyəti artıq yerinə yetirilib, lakin İlham Əliyevin sözlərinə görə, hazırda həmin sənədin bəzi aspektləri müzakirə edilir. Qarabağ uğrunda – Azərbaycanın tərkib hissəsi olması bütün dünyada qəbul edilmiş, lakin etnik ermənilərin məskunlaşdığı bu ərazi uğrunda müharibədə rəsmi Bakının qələbəsi yeni reallıqlar doğurub. Ermənistanın həmin reallıqları qəbul etməkdən başqa yolu yoxdur.

Azərbaycan Prezidenti əminliklə qeyd edib ki, bütün hərbi əsirlər Ermənistana qaytarılıb. 60-dan çox erməni əsgəri isə terrorçudur və bu səbəbdən onlar hərbi əsir sayılmır.

Agentlik diqqətə çatdırır ki, İlham Əliyev gələcəkdə Ermənistan ilə münasibətlərin normallaşmasını və müəyyən anda sülh müqaviləsi imzalanmasını istisna etməyib, hərçənd 10 noyabr 2020-ci il tarixli Bəyanat, əslində Ermənistanın kapitulyasiya aktı və de-fakto sülh müqaviləsi kimi bir sənəddir.

EFE yazır: Prezident İlham Əliyev bir daha təkrar edib ki, Qarabağın statusu məsələsi gündəlikdə yoxdur və olmayacaq, bu barədə söhbətlər isə sülhə dəstək deyil, qarşıdurma məqsədi güdür.

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri