Mar
2021
10:43
19
169
1496
Virtual karabakh

Cəlilabadın yararsız elektrik dirəkləri nə vaxt dəyişdiriləcək? - AÇIQLAMA

1 Mar, 2021
10:43
1496

Cəlilabadın yararsız elektrik dirəkləri nə vaxt dəyişdiriləcək? - AÇIQLAMA

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Cəlilabad rayon Şabanlı və Hacıməmmədli kəndlərində elektrik dirəkləri bərbad vəziyyətdədir.

Bu barədə Oxu.Az-a kənd sakinləri məlumat verib. Sakinlərin sözlərinə görə, kəndlərdə elektrik dirəkləri köhnə olduğundan naqillər tez-tez qırılır və onları bərpa etmək təhlükəli hal alır:

“Bu dirəklər təxminən 1965-ci ildə qoyulub. Artıq gördüyünüz kimi çürüyüb, yararsız hala düşüblər. Elektrik naqilləri bir az külək olan kimi bir-birinə dolaşır, saatlarca işıqsız qalırıq. Müraciət edirik, müraciətimizə baxan olmur”.

Məsələ ilə bağlı “Azərişıq” ASC-yə müraciət etdik. Qurumun Mətbuat xidmətinin rəhbəri Vaqif Aydınoğlu Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, sözügedən kəndlərdə yararsız vəziyyətdə olan elektrik dirəkləri dəyişdiriləcək:

“Ən qısa zamanda “Azərişıq” ASC-nin “Yeni kəndlər” layihəsi çərçivəsində həmin kəndlərin yararsız vəziyyətdə olan elektrik dirəkləri yeniləri ilə əvəz olunacaq. Ümumilikdə qeyd edim ki, layihə çərçivəsində regionlarda elektrik enerji təchizatı ilə bağlı sistemlər yenidən qurulur. 

Bu günə qədər 500 kənddə elektrik enerji təchizatı ilə bağlı sistem yenidən qurulub. Təkcə ötən il ərzində 50-dən çox kənddə yenidənqurma işləri görülüb. Bu proseslər cari ildə də davam etdiriləcək”.

Könül Cəfərli

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri