Mar
2021
17:09
134
12
3754
Virtual karabakh

Qanunvericiliyin tələblərini pozan hakimlərin adları açıqlandı - RƏSMİ

1 Mar, 2021
17:09
3754

Qanunvericiliyin tələblərini pozan hakimlərin adları açıqlandı - RƏSMİ

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ötən il 8 hakim intizam məsuliyyətinə cəlb edilib, fəaliyyətində aşkar edilən pozuntular 80-dən çox hakim və məhkəmə sədrinin diqqətinə çatdırılıb.

Bu barədə Məhkəmə-Hüquq Şurasının növbəti iclasında çıxış edən Ədliyyə naziri Fikrət Məmmədov məlumat verib.

O bildirib ki, ötən il təsdiq edilən Şuranın qərarı ilə “Hakimlərin fəaliyyətinin qiymətləndirilməsi Qaydaları”nın elektron proqram təminatı hazırlanıb:

“Qaydalara uyğun olaraq 100-dən çox hakimin fəaliyyətinin qiymətləndirilməsi məqsədilə ali, apelyasiya məhkəmələrinin, habelə müvafiq məhkəmə sədrlərinin rəyləri, Ədliyyə Nazirliyinin məlumatları, digər aidiyyəti materiallar toplanılıb, zəruri təhlillər aparılıb və yekun rəylər hazırlanıb.

Korrupsiyaya şərait yaradan halların qarşısının alınması və obyektivliyin təmin olunması məqsədilə Şura tərəfindən məhkəmələrdə monitorinqlər aparılaraq, yol verilən bir çox nöqsanlar aradan qaldırılıb, o cümlədən iki məhkəmə sədri intizam məsuliyyətinə cəlb olunub. Fəaliyyətdə şəffaflığın təmin edilməsi üçün məhkəmə qərarlarının dərci üzrə xüsusi proqram təminatı hazırlanıb.

Həmçinin, 16 hakimin səlahiyyətlərinə müxtəlif əsaslarla, o cümlədən səlahiyyət müddəti uzadılmadığına görə xitam verilib.

Qanunvericiliyin tələblərinin pozulmasına görə, Şəki Apelyasiya Məhkəməsinin hakimləri Elçin Hüseynov, Ayaz Mahmudov və Vəzirxan Məlikova töhmət verilib, Sumqayıt İnzibati Məhkəməsinin hakimi İsmayıl Quliyevə irad tutulub. Həmçinin, korrupsiyaya şərait yaradan hüquqpozmaya yol verilməsinə, habelə hakim etikasının pozulmasına görə intizam icraatı başlanılıb”.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri