Mar
2021
16:54
167
6
1469
Virtual karabakh

“YAŞAT”dan ağır vəziyyətdə olan üç qazimizlə bağlı vacib AÇIQLAMA - FOTO

“Son günlər sosial şəbəkələrdə qazilərimiz Cahangir Əliyev, Hüseyn Mustafayev, Səbuhi Hüseynli ilə bağlı çoxsaylı paylaşımlar edilir. Bildiririk ki, hər üç qazimiz “YAŞAT” Fondunun diqqət mərkəzindədir. Hər birinin səhhətinə xüsusi həssaslıqla yanaşılır”.

Bu barədə fondun açıqlamasında bildirilib.

Qeyd edilib ki, qazimiz Cahangir Əliyevin ailəsi “YAŞAT” Fonduna qəhrəmanımızın müalicəsinin getdiyini, tibbi zərurətlə bağlı yox, maddi yardımla bağlı müraciət edib və fond tərəfindən seçilən istiqamət üzrə ailəyə maddi yardım edilib:

“Buna baxmayaraq qazimiz “YAŞAT” Fondunun təşəbbüsü ilə Türkiyədən və İsraildən dəvət olunan həkim heyəti tərəfindən müayinə olunub. Müayinə nəticələri əsasında müvafiq qərar qəbul ediləcəkdir.

Hazırda isə qazimizin Silahlı Qüvvələrin Baş Klinik Hospitalında müalicəsi davam etdirilir.

Qazimiz Hüseyn Mustafayev Türkiyədən dəvət olunan həkim heyəti tərəfindən müayinə olunub və həkim rəyinə əsasən xaricə təyyarə ilə aparılması həyatı risk daşıyır. Ancaq ailəsi onun Türkiyədə müalicə olunmasında israr etdiyi üçün ailənin məsuliyyəti və yazılı razılığı əsasında qazimizin yaxın günlərdə müalicə və reabilitasiya prosesi ilə bağlı xüsusi ambulans vasitəsilə Türkiyəyə göndərilməsi nəzərdə tutulub.

Qazimiz Səbuhi Hüseynli Türkiyədən dəvət olunan həkim heyəti tərəfindən müayinə olunub və həkim rəyinə əsasən hələ də komada olduğundan müalicə üçün xaricə göndərilməsi çox riskli hesab olunur. Bu səbəbdən qazimizin beyin əməliyyatı üçün “YAŞAT” Fondu tərəfindən Türkiyədən xüsusi həkim gətiriləcəkdir”.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri