Mar
2021
16:39
310
12
4467
Virtual karabakh

Vətən müharibəsi iştirakçısı şöbə müdiri oldu - FOTO

3 Mar, 2021
16:39
4467

Vətən müharibəsi iştirakçısı şöbə müdiri oldu - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Nərimanov Rayon İcra Hakimiyyətində yeni kadr təyinatı olub.

Oxu.Az-ın məlumatına görə, bu barədə RİH-nin başçısı Abdin Fərzəliyev əmr imzalayıb.

Əmrə əsasən, Tahir İbrahimov qurumda yeni yaradılan Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri vəzifəsinə təyin olunub.

Bu gün T.İbrahimov Nərimanov Rayon İcra Hakimiyyətinin “Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsi”nin Tədbirlər Planına uyğun olaraq şəhid ailələri ilə növbəti görüş zamanı onlara təqdim edilib. 

Görüşdə torpaqlarımızın işğaldan azad olunmasında, tarixi qələbənin qazanılmasında şücaət və qəhrəmanlıq göstərən “Vətən Müharibəsi Qəhrəmanı”, “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif olunmuş şəhid polkovnik Zaur Nudirəliyevin həyat yoldaşı Nazilə Nudirəliyeva və qızı Pəri Nudirəliyeva, “Vətən uğrunda” medalı ilə təltif olunmuş şəhid polkovnik-leytenant Qərib Baxşəliyevin atası İnqilab Baxşəliyev və şəhidin oğlu Əli Baxşəliyev, “Vətən uğrunda” medalı ilə təltif olunmuş şəhid əsgər Murad Məmmədovun atası İlham Məmmədov, “Vətən uğrunda” və “Şuşanın azad olunmasına görə” medalları ilə təltif olunmuş şəhid əsgər Ələddin Səidovun atası Azər Səidov iştirak edib.

İlhamə Əbülfət

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri