Mar
2021
17:03
82
29
2158
Virtual karabakh

Peyvəndlənməyə neçə təhsil işçisi cəlb olunacaq? - AÇIQLAMA

3 Mar, 2021
17:03
2158

Peyvəndlənməyə neçə təhsil işçisi cəlb olunacaq? - AÇIQLAMA

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Düşünürəm ki, kütləvi vaksinasiya bizim məktəblərin əyani tədrisə keçidini daha da sürətləndirəcək”.

Oxu.az-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Bakı Şəhər Təhsil İdarəsinin müdiri Mehriban Vəliyeva bildirib.

Onun sözlərinə görə, ilkin olaraq yaşı 50 və daha yuxarı olan pedaqoji və texniki heyətin vaksinasiyasına start verilib:

“Bizim 50 yaşdan yuxarı təxminən 20-minə yaxın pedaqoji və texniki işçimiz var ki, onlar vaksinasiya prosesindən keçəcəklər”.

İdarə müdiri əlavə edib ki, Bakı şəhəri üzrə beş məktəb məntəqə kimi təyin edilib:

“Məqsəd məktəblərin tədris prosesindən ayrılmadan peyvənd olmasına şərait yaratmaqdır”.

İlhamə Əbülfət

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri