Mar
2021
11:06
30
65
2195
Virtual karabakh

İlkin olaraq paytaxt üzrə neçə təhsil işçisinin vaksinasiya ediləcəyi AÇIQLANDI - FOTO

4 Mar, 2021
11:06
2195

İlkin olaraq paytaxt üzrə neçə təhsil işçisinin vaksinasiya ediləcəyi AÇIQLANDI - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Paytaxtın təhsil işçiləri üçün 10 peyvənd məntəqəsi fəaliyyət göstərir”.

Oxu.Az-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Bakı Şəhər Təhsil İdarəsinin müdiri Mehriban Vəliyeva bildirib.

Onun sözlərinə görə, ümumi təhsil müəssisələrinin pedaqoji və texniki heyəti üçün nəzərdə tutulan vaksinasiya prosesinə ilkin olaraq yaşı 50 və daha yuxarı olan şəxslər cəlb olunub:

“Hər mərkəz üzrə gündə - saat  09:00-dan 15:00-dək, hər saatda 20 nəfər olmaqla təxminən 120 nəfərin peyvənd olunması nəzərdə tutulur. Vaksinasiya prosesinə paytaxt üzrə ilkin olaraq 20 000 nəfərə yaxın pedaqoji və texniki heyət üzvünün cəlb olunması nəzərdə tutulur”.

İdarə müdiri qeyd edib ki, koronavirus pandemiyası şəraitində normal tədris mühitinin davam etdirilməsi üçün pedaqoji və texniki heyətin vaksinasiya prosesində iştirakı zəruridir:

“Bunu nəzərə alan və sağlamlıqlarına həssas yanaşan təhsil işçiləri martın 3-dən başlayan vaksinasiya prosesində fəal iştirak edirlər”.

İlhamə Əbülfət

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri