Mar
2021
13:15
22
211
3038
Virtual karabakh

Xaricdən alınan mallara tətbiq edilən 300 dollarlıq rüsumsuz limit artırıla bilərmi? - AÇIQLAMA

4 Mar, 2021
13:15
3038

Xaricdən alınan mallara tətbiq edilən 300 dollarlıq rüsumsuz limit artırıla bilərmi? - AÇIQLAMA

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Xaricdən poçt xidmətləri vasitəsi ilə alınan mallara aylıq maksimum 300 dollar həcmində tətbiq edilən rüsumsuz limitin artırılması sosial şəbəkələrdə və ictimaiyyətdə çox müzakirə olunan məsələdir.

Bunu Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev Azərbaycan Respublikası xarici ticarətinin gömrük statistikası ilə bağlı keçirilən brifinqində deyib.

Onun sözlərinə görə, sifariş məbləğinin üzərinə əməliyyat haqqının da əlavə edilməsi mümkün deyil:

“Əməliyyat haqqı bu məbləğin üzərinə əlavə edilə bilməz, lakin çatdırılma xərcləri bura daxil ola bilər ki, burada isə məbləğ 3-5 dollar təşkil edir”.

Səfər Mehdiyev qeyd edib ki, rüsumsuz 300 dollar limiti ilə bağlı qərar qəbul edilmədən öncə aparılan statistik araşdırmalara görə, sifarişlərin 85-87 faizi 300 dolları keçmirdi:

“Dəfələrlə izah etmişik ki, bu rəqəmlər digər ölkələrlə müqayisə kifayət qədər adekvatdır. Əgər hökumət rüsumsuz limitin artırılaraq 500 dolları əhatə etməsi və ya limitin endirilməsi ilə bağlı qərar verərsə bizim işimiz bu qərarları icra etmək olacaq”.

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri