Mar
2021
17:33
41
347
4551
Virtual karabakh

Deputat: “Yaxın 10 ildə 44 minə yaxın müəllim işsiz qala bilər” - VİDEO

4 Mar, 2021
17:33
4551

Deputat: “Yaxın 10 ildə 44 minə yaxın müəllim işsiz qala bilər” - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Dünyada ənənəvi təhsildən distant təhsilə keçidin insan kapitalına təsiri barədə tədqiqatlar aparılır. İngiltərədə bildirilir ki, yaxın 10 ildə 40 minə yaxın müəllim ixtisar olunacaq və bu, adaptasiya prosesi ilə əlaqədar olacaq”.

Bunu ARB24-ün “İşgüzar səhər” verilişinə açıqlamasında təhsil eksperti və millət vəkili Etibar Əliyev deyib.

“Həm ənənəvi, həm də distant təhsilin tətbiqi, onların bir-birini tamamlaması müəllim bacarıqları ilə bağlı məsələləri gündəmə gətirib. Bu işin əhəmiyyəti isə o oldu ki, pandemiya olmasa belə, mütləq İKT alətlərinin təhsildə mütəmadi tətbiqi zəruridir. Hesab edirəm ki, bundan sonrakı mərhələdə ənənəvi və distant təhsil formaları bir-birini tamamlayaraq daha yaxşı mütəxəssis və şagird hazırlığına öz töhfəsini verəcək”, - deyə o bildirib.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri