Mar
2021
14:54
27
139
3253
Virtual karabakh

Kiçik dövlət müəssisələri özəlləşdirildi

5 Mar, 2021
14:54
3253

Kiçik dövlət müəssisələri özəlləşdirildi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən növbəti özəlləşdirmə hərracı təşkil olunub.

Komitədən verilən məlumata əsasən, hərracda beş dövlət əmlakı özəlləşdirilib. Səhmdar cəmiyyəti və kiçik dövlət müəssisələri Bakı şəhəri, Sabirabad rayonu və Neftçala şəhərində yerləşir.

Məlumatda bildirilib ki, keçirilən hərraclarda iştirak etmək istəyən şəxslər xidmətin rəsmi saytına və ya özəlləşdirmə portalına daxil ola, seçim etməklə qeydiyyatdan keçə, dövlət əmlakının ilkin hərrac qiymətinin 10 faizi məbləğində behi ödəyib sifarişçi statusu ala bilərlər. Sifarişçilərin hərraclara onlayn qoşulmaq imkanı da var.

Prosesə marağı olanlar da hərrac günü həm Əmlak Xidmətləri Məkanına gəlməklə, həm də Elektron Xidmətlər Portalından “Elektron hərrac” bölməsini seçərək hərracları qeydiyyatsız formada izləyə bilərlər.

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri