Mar
2021
14:50
78
597
27315
Virtual karabakh

Azərbaycanda koronavirusa yoluxanların sayı daha da çoxaldı - FOTO

5 Mar, 2021
14:50
27315

Azərbaycanda koronavirusa yoluxanların sayı daha da çoxaldı - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 365 yeni yoluxma faktı qeydə alınıb, 175 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında operativ qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış üç nəfər vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 236 012 nəfər koronavirus infeksiyasına yoluxub.

Onlardan 229 442 nəfər müalicə olunaraq sağalıb, 3 235 nəfər vəfat edib, aktiv xəstə sayı 3335 nəfərdir.

Ölkədə son sutka ərzində 7779, hazırkı dövrədək isə 2 635 770 test aparılıb.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri