Mar
2021
18:26
27
870
6067
Virtual karabakh

Gəncədə şəhidlərə hörmətsizlik: Bayraqlar zibil qutularına atıldı - VİDEO

5 Mar, 2021
18:26
6067

Gəncədə şəhidlərə hörmətsizlik: Bayraqlar zibil qutularına atıldı - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Gəncədə Şəhidlər xiyabanında dəfn olunmuş şəhidlərimizin qəbirləri üzərindən gül çələngləri və bayraqlar sökülərək məişət tullantıları qutularına atılıb. 

Şəhid anası Rasimə Arazova bildirir ki, qəbirstanlığa gələndə məzarın üzərində gül və bayrağın olmadığını görüb:

“Hər şey zibil qutusunda idi. Burda yatanların hamısı bizə görə vuruşub”.

Məsələ barəsində Gəncə şəhəri Nizami Bələdiyyəsinin sədri Qoşqar Məmmədov Baku TV-yə bildirib ki, şəhidlərin məzarları üstündəki əklillərin yığışdırılmasının səbəbi onları yenisi ilə əvəzləməkdir:

“Məqsəd məzarların üstünü yeni güllərlə bəzəməkdir. Çünki Novruz Bayramı ilə bağlı Şəhidlər xiyabanına ziyarətə gələnlər olacaq”.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri