Mar
2021
22:05
16
134
1672
Virtual karabakh

Ekspert: “Aqrar sahədə ixracın artması xarici ticarətə neqativ təsir edəcək” - VİDEO

5 Mar, 2021
22:05
1672

Ekspert: “Aqrar sahədə ixracın artması xarici ticarətə neqativ təsir edəcək” - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Son illər ərzində qeyri-neft sektorunun inkişafı nəticəsində ixrac göstəriciləri artıb. Lakin ixrac olunan əmtəənin sıralamasında ilk üçlükdə aqrar sahə üzrə məhsulların yer alması  mütəxəssislər tərəfindən neqativ hal kimi qiymətləndirilir.

Belə ki, bu halın gələcəkdə Azərbaycanın xarici ticarət mühitinə mənfi təsir edəcəyi bildirilir.

Bununla bağlı ARB24-ün “İşgüzar səhər” verilişinə açıqlama verən iqtisadçı ekspert Rəşad Həsənov qeyd edib ki, elm və texnologiya tutumlu məhsulların ixracı ölkəyə daha çox fayda verər:

“Məhsulların ixrac strukturuna baxdıqda müəyyən narahatedici məqamlar var. Çünki ilk üçlükdə kənd təsərrüfatı məhsulları dayanır. Buraya fındıq, xurma və pambıq daxildir.

Dünya təcrübəsi göstərir ki, ixracın tərkibində daha çox əlavə dəyər yaradan elm, texnologiya tutumlu məhsulların yer alması daha çox fayda gətirir və bu istiqamətdə daha az resurslar istifadə olunur. Amma bizdə təəssüf ki, ilk üçlükdə yalnız kənd təsərrüfatı məhsulları dayandı. Bununla yanaşı, bəzi məhsul növü üzrə isə azalmalar da qeydə alınıb. Bu isə ixracın artım potensialına neqativ təsir göstərib”.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri