Mar
2021
11:03
97
123
2192
Virtual karabakh

ADA-nın yaranmasından 15 il ötür

6 Mar, 2021
11:03
2192

ADA-nın yaranmasından 15 il ötür

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bu gün Azərbaycan Diplomatik Akademiyasının yaranmasından 15 il ötür.

Oxu.Az-ın məlumatına görə, universitet 2006-cı ilin martında Azərbaycan Xarici İşlər Nazirliyinin nəzdində ali təhsil müəssisəsi olaraq Azərbaycan Diplomatik Akademiyası adı altında yaradılıb.

Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2014-cü il tarixli sərəncamı ilə Xarici İşlər Nazirliyinin Diplomatik Akademiyasının və Azərbaycan Respublikasında İnformasiya Texnologiyaları Universitetinin əsasında ADA Universiteti yaradılıb.

Əsas məqsədi diplomatiya, ictimai münasibətlər, biznes, informasiya texnologiyaları və sistem mühəndisliyi üzrə qlobal liderlər hazırlamaqdır. Akademiyanın əsasını qoyan rektor, Azərbaycan Xarici İşlər Nazirinin müavini və Azərbaycanın ABŞ-dakı sabiq səfiri Hafiz Paşayevdir.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri