Mar
2021
09:48
156
17
828
Virtual karabakh

Azərbaycan və Qazaxıstanın könüllü təşkilatları arasında görüş keçirilib - FOTO

7 Mar, 2021
09:48
828

Azərbaycan və Qazaxıstanın könüllü təşkilatları arasında görüş keçirilib - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

5 mart tarixində Azərbaycan Könüllü Təşkilatları İttifaqı və Qazaxıstanın “Milli Könüllülük Şəbəkəsi”nin (National Volunteer Network) təşkilatçılığı ilə hər iki ölkəni təmsil edən könüllü təşkilatları arasında münasibətlərin möhkəmləndirilməsi və könüllülük sahəsində əməkdaşlığın inkişafı məqsədilə onlayn görüş baş tutub.

“Zoom” platforması üzərindən keçirilən görüşdə ümumilikdə 100-dən çox könüllü və təmsilçi təşkilatların nümayəndələri iştirak edib.

Azərbaycan Könüllü Təşkilatları İttifaqının sədri Tural Hümbətov və “Milli Könüllülük Şəbəkəsi”nin icraçı direktoru Tatyana Mironyukun çıxışları ilə başlayan görüşdə dövlət qurumlarında könüllülük üzrə “ASAN Könüllüləri” Təşkilatının sədri Emiliya Bayramova, aqrar sahədə könüllülük üzrə “Aqrar İnkişaf Könüllüləri” Təşkilatının sədri Kamran Əliyev, təhsil sahəsində könüllülük üzrə “Bir Könüllü” Təşkilatının nümayəndəsi Elnur Mirzəzadə, idman sahəsində könüllülük üzrə “AFFA və Avro-2020” Könüllülər Proqramının nümayəndəsi Lalə Mehdiyeva və ekologiya sahəsində könüllülük üzrə “Ekokönüllüləri” Qrupunun nümayəndəsi Fidan Novruzova təmsil etdikləri könüllü təşkilatlarının fəaliyyət istiqamətləri və həyata keçirdikləri könüllülük proqramları haqqında ətraflı məlumat verib, öz təcrübələrini bölüşüblər.

Görüş tərəflərin öz ölklərində davamlı inkişaf hədəflərinin həllinə istiqamətlənən ortaq könüllülük proqramları və müxtəlif layihələrin həyata keçirilməsi ilə bağlı müzakirələrlə davam edib.

Xatırladaq ki, 2 dekabr 2020-ci il tarixində Azərbaycan Könüllü Təşkilatları İttifaqı və Qazaxıstanın “Milli Könüllülük Şəbəkəsi” (National Volunteering Network) arasında könüllülük sahəsində beynəlxalq əməkdaşlığın inkişafı məqsədilə saziş imzalanıb.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri