Mar
2021
13:15
34
209
1219
Virtual karabakh

Azərbaycanda işləyən qadınların arasında 31-40 yaşlarında olanlar üstünlük təşkil edir - STATİSTİKA

7 Mar, 2021
13:15
1219

Azərbaycanda işləyən qadınların arasında 31-40 yaşlarında olanlar üstünlük təşkil edir - STATİSTİKA

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bütün sahələrdə olduğu kimi, əmək bazarında da qadınların rolu getdikcə artır və onlar öz əməyi ilə respublikamızın sosial-iqtisadi, ictimai-mədəni inkişafına öz dəyərli töhfələrini verirlər.

Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb.

Bildirilib ki, hazırda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Əmək müqaviləsi bildirişi” altsistemində qeydiyyatda olan aktiv əmək müqaviləsi bildirişlərinin 44%-i qadınlarla bağlanan əmək müqavilələrinə aiddir.

Altsistemin məlumatlarına görə, əmək müqaviləsi əsasında  işləyən vətəndaşların təhsil pilləsi üzrə bölgüsündə ali təhsilli şəxslərin 46%-i, ümumi təhsilli şəxslərin 37%-i, orta ixtisas təhsilli şəxslərin 55%-i, ilk peşə-ixtisas təhsilli şəxslərin 24%-i qadınlardan ibarətdir.

“Əmək müqaviləsi bildirişi” altsistemindəki məlumatlara əsasən işləyən qadınların 16%-i 16-30 yaşlarında, 27%-i 31-40 yaşlarında, 23%-i 41-50 yaşlarında,  24%-i 51-60 yaşlarında, 10%-i isə 61 yaşdan yuxarı olanlardır. 

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri