Mar
2021
19:28
72
271
3326
Virtual karabakh

Şəkidə baş vermiş güclü yanğın söndürüldü - YENİLƏNİB + FOTO

7 Mar, 2021
19:28
3326

Şəkidə baş vermiş güclü yanğın söndürüldü - YENİLƏNİB + FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Şəki rayonunda baş vermiş yanğın söndürülüb.

"Report"un Şimal-qərb bürosunun məlumatına görə, alov 10 hektar ərazini əhatə edib.

Qeyd edək ki, hadisə Şəki-Qax avtomobil yolunun Şəkinin ərazisindən keçən hissəsindəki kolluq ərazilərdə baş verib. Hadisə ilə əlaqədar avtomobillərin hərəkətində çətinlik yaranıb. Bununla yanaşı, elektrik və rabitə xətləri də yanıb.

Yanğının baş verən əraziyə Fövqəladə Hallar Nazirliyinin Şəki Yanğından Mühafizə Hissəsinin 3 yanğınsöndürən texnikası və 25 nəfər şəxsi heyəti cəlb edilib və yanğın söndürülüb.

18:19

Şəki rayonunda yanğın başlayıb.

“Report” xəbər verir ki, hadisə Şəki-Qax avtomobil yolunun Qaxın ərazisindən keçən hissəsindəki kolluq ərazilərdə baş verib. Hadisə ilə əlaqədar avtomobillərin hərəkətində çətinlik yaranıb. Bununla yanaşı, elektrik və rabitə xətləri də yanıb.

Yanğın baş verən əraziyə Fövqəladə Hallar Nazirliyinin Qax Yanğından Mühafizə Hissəsinin üç yanğınsöndürən texnikası və 25 nəfər şəxsi heyəti cəlb edilib. Havanın küləkli olması alovun əhatə dairəsini artırıb. Alov təxminən 10 hektar ərazini əhatə edir.

Hazırda yanğının söndürülməsi istiqamətində işlər aparılır.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri