Mar
2021
09:48
128
25
1820
Virtual karabakh

Atasına məxsus maşınla avtoxuliqanlıq edən tutuldu - FOTO/VİDEO

9 Mar, 2021
09:48
1820

Atasına məxsus maşınla avtoxuliqanlıq edən tutuldu - FOTO/VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Astarada atasına məxsus avtomobillə avtoxuliqanlıq edən şəxs həbs edilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, Astara Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə rayon ərazisində yol hərəkəti qaydalarını kobud şəkildə pozaraq piyadalara və digər yol hərəkəti iştirakçılarına ciddi təhlükə yaradan sürücü saxlanılıb.

Belə ki, Astara sakini İ.Tofiqzadə sürücülük hüququ olmadan atasına məxsus VAZ-2107 markalı avtomobillə rayon ərazisində avtoxuliqanlıq hərəkətləri edərkən dövlət yol polisi bölməsinin əməkdaşları tərəfindən saxlanılıb.

İntizamsızlıq edən, yol hərəkəti qaydalarını kobud şəkildə pozan İ.Tofiqzadə barəsində toplanmış materiallar baxılması üçün Astara rayon məhkəməsinə göndərilib. Rayon məhkəməsinin qərarı ilə həmin şəxs 15 gün müddətində inzibati qaydada həbs olunub.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri