Mar
2021
10:18
95
10
1994
Virtual karabakh

Almaniyada azərbaycanlı gənc həkimlər və rezidentlər üçün təqaüd proqramı - FOTO

9 Mar, 2021
10:18
1994

Almaniyada azərbaycanlı gənc həkimlər və rezidentlər üçün təqaüd proqramı - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Almaniya-Azərbaycan Radioloji və Neyroradioloji Cəmiyyəti azərbaycanlı gənclərə təqaüd ayıracaq”.

Bunu Oxu.Az-a təşkilatın sədri, Köln Universiteti Klinikasının tibb elmləri doktoru, azərbaycanlı alim Nuran Abdullayev məlumat verib.

O bildirib ki, pandemiyanın yaratdığı çətinliklər aradan qalxandan sonra təqaüdə rəsmi müraciət edilməsi üçün elan veriləcək:

“Son bir neçə gündə Azərbaycanda onlayn qoşulduğum tədbirlərdə savadlı gənc həkimlərimizin olduğunu gördüm. Bu, çox xoş haldır. Onların xüsusilə də neyroradiologiya sahəsinə və insult xəstələrinin müalicəsinin Almaniyadakı təşkilinə marağını nəzərə alaraq Almaniya-Azərbaycan Radioloji və Neyroradioloji Cəmiyyətinin sədri olaraq təşkilatımız adından bir neçə nəfərə təqaüd ayırmağa və onları Almaniyadakı neyroradiologiya sistemi ilə tanış olmaq üçün gətirməyə qərar verdik”.

N.Abdullayev deyib ki, təqaüdə rezidentlər, gənc həkimlər və insult xəstəliyinin müalicəsi ilə məşğul olan digər ixtisas sahibləri də müraciət edə biləcəklər.

Həkim əlavə edib ki, təqaüdə müraciətlərin ildə bir dəfə olacağı nəzərdə tutulur. Gələn şəxslərə Almaniyada elmi işlərdə birbaşa iştirak şansı təklif ediləcək.

İlhamə Əbülfət

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri