Mar
2021
10:24
17
76
2468
Virtual karabakh

Azərbaycanlı professor vaksin olunanlarda təhlükəli xəstəliklərin yaranması iddialarına CAVAB VERDİ

9 Mar, 2021
10:24
2468

Azərbaycanlı professor vaksin olunanlarda təhlükəli xəstəliklərin yaranması iddialarına CAVAB VERDİ

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Vəli Axundov adına Elmi Tədqiqat Tibbi Profilaktika İnstitutunun direktoru, professor Adil Allahverdiyev COVID-19 virusuna qarşı vaksin olunan şəxslərdə təhlükəli xəstəliklərin yaranması barədə səslənən fikirlərə münasibət bildirib.

A.Allahverdiyev Trend-ə açıqlamasında deyib ki, Azərbaycanda əvvəllər “COVID-19 virusu yoxdur” deyən insanlar olduğu kimi, vaksin olunan şəxslərdə təhlükəli xəstəliklərin yaranması barədə fikirlər səsləndirdilər:

“Amma zaman göstərdi ki, insanlar COVID-19-un mövcud olmaması barədə fikirlərin yalan olduğunu gördükləri kimi, vaksinin təhlükəli xəstəlik yaratması barədə fikirlərin əsassızlığını, ölkəmizdə tətbiq olunan vaksinlərin çox keyfiyyətli və profilaktik tədbir görə bilmək xüsusiyyətinə malik olduğunu gördülər. Buna görə də indi artıq hər bir insan könüllü şəkildə vaksin vurdurmaq istəyir”.

Vaksin vurdurmaq istəyən insanların sayının getdikcə artdığını deyən A.Allahverdiyev qeyd edib ki, ölkəmizdə istifadə edilən peyvənd inaktivləşdirilmiş, yəni ölmüş viruslardan hazırlanıb.

Professorun dediyinə görə, vaksinin birinci dozası vurulan zaman orqanizm öldürülmüş virusla tanış olur. İkinci doza vurulan zaman isə orqanizm artıq öldürülmüş virusla tanış olduğu üçün immun hüceyrələr aktiv hərəkətə keçməyə başlayır:

“Beləliklə, immun sistemi orqanizmə daxil ola biləcək virusdan qorunmaq üçün bütün fəaliyyətini yüksək səviyyədə yerinə yetirmiş olur”.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri