13 
Mar
2021
12:40
212
17
3738
Virtual karabakh

Avtomobilində tapança və qumbara gəzdirən paytaxt sakini ələ keçdi - FOTO

13 Mar, 2021
12:40
3738

Avtomobilində tapança və qumbara gəzdirən paytaxt sakini ələ keçdi - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Suraxanı Rayon Polis İdarəsinin 30-cü Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat nəticəsində Hövsan qəsəbəsində idarə etdiyi avtomobildə silah-sursat saxlayan şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, daxil olmuş əməliyyat məlumatı əsasında keçirilən tədbir zamanı qəsəbə sakini Fuad Lazımov idarə etdiyi “Saipa” markalı nəqliyyat vasitəsi ilə birlikdə tutulub.

Onun avtomobilinə baxış zamanı 1 ədəd tapança və 1 ədəd alışqanı ilə birlikdə “F1” qumbarası aşkar olunaraq götürülüb.

Faktla bağlı 30-cü Polis Şöbəsində toplanan materiallar Suraxanı RPİ-nin İstintaq Şöbəsinə göndərilib, araşdırmalar davam etdirilir.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri