19 
Mar
2021
12:48
14
121
1656
Virtual karabakh

Koronavirusla mübarizə aparan tibb işçilərinə nə qədər əlavə ödənilib? - FOTO

19 Mar, 2021
12:48
1656

Koronavirusla mübarizə aparan tibb işçilərinə nə qədər əlavə ödənilib? - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ötən il koronavirus pandemiyası ilə mübarizədə iştirak edənlərə 169,4 milyon manat müddətli əlavə və mükafat ödənilib.

Bu barədə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin yaydığı məlumatda qeyd olunub. 

Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamına və Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərar və sərəncamlarına uyğun olaraq İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən 2020-ci ilin mart-dekabr ayları ərzində yeni növ koronavirus infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinə iş vaxtına/saatına mütənasib olaraq 145,8 milyon manat, qeyri-tibb işçilərinə isə 23 milyon manat müddətli əlavə ödənilib. 

Yeni növ koronavirus infeksiyası ilə mübarizə tədbirlərinə cəlb edilən özəl tibb müəssisələrində çalışan tibb işçilərinə ötən ilin aprel-dekabr ayları üzrə iş vaxtına/saatına mütənasib olaraq 385 min manat məbləğində müddətli əlavə ödənilib.

Könüllülərə adambaşına aylıq 250 manat olmaq şərtilə, 138,5 min manat məbləğində mükafat ödənilib.

Tibb və qeyri-tibb tibb işçilərinə, eləcə də könüllülərə aylar üzrə ödənilən müddətli əlavə və mükafatların məbləği aşağıdakı kimidir:

Məlumat üçün bildirək ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 8 yanvar 2021-ci il tarixli Qərarına əsasən yeni növ koronavirus (COVID-19) infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin əməkhaqqılarınam müddətli əlavələrin ödənilməsi 2021-ci il martın 31-dək uzadılıb.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri